Rusiyada 7 nəfər “vəhşi çimərlik”də boğulub | SON XƏBƏR | SON XƏBƏR

Rusiyada 7 nəfər “vəhşi çimərlik”də boğulub

 Rusiyada 7 nəfər “vəhşi çimərlik”də boğulub

Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutsk şəhərindəki “vəhşi çimərlik”də yetkin şəxs və 3 uşaq ölüb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Rusiya FHN-in Regional İdarəsindən bildiriblər ki, Lena çayındakı çimməyə icazə olmayan vəhşi çimərliklərdən birində ümumi 12 nəfər olub. İlkin məlumatlara görə, nəzarətsiz qalan uşaqlar boğularkən onları xilas etməyə çalışan böyüklər də dalğalara “təslim olub”.

Hazırda psixoloqlar ölənlərin qohumları ilə söhbət edir, ekspertlər başverənlərin təfərrüatlarını öyrənir, Rusiya İstintaq Komitəsinin regional bölməsi isə yoxlama aparır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>