Rusiyada daşqın zonasında 8 nəfər itkin düşüb | SON XƏBƏR | SON XƏBƏR

Rusiyada daşqın zonasında 8 nəfər itkin düşüb

Rusiyanın İrkutsk vilayətindəki daşqın zonasında 8 nəfər itkin düşmüş hesab edilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bubarədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin nümayəndəsi bildirib.

"Hüquq-mühafizə orqanlarına daha bir ərizə İrkutsk vilayətinin daşqın zonasında itkin düşmüş sakininin qohumlarından daxil olub. Beləliklə, 8 nəfər insan itkin düşmüş hesab edilir", - nümayəndə deyib.

Qeyd edək ki, İrkutskda daşqınla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayı 647 nəfərə çatıb. Daşqın nəticəsində ölənlərin sayı isə 23 nəfərə çatıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>