Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş (FOTO)

 Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş (FOTO)

Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.

Trend-in məlumatına görə, dünyasını dəyişən qadın Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi olub. Nazirliyin rəsmi səhifəsində deyilir:

“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib”.

 Qeyd edək ki, Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib. Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki MRX-da vəfat edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>