Sağlamlığımızın düşməni: qazlı içkilər | SON XƏBƏR | SON XƏBƏR

Sağlamlığımızın düşməni: qazlı içkilər

Sağlamlığımızın düşməni: qazlı içkilər

Yay mövsümünün gəlişi ilə qazlı içkilərə olan tələbat daha da artıb. Xüsusilə də azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizminə zərərli təsirlər edir.

Əvvəla onu qeyd edək ki, qazlı suyu içdikdən 1 saat sonra orqanizmdə bir sıra proseslər gedir. Belə ki, ilk 10 dəqiqə – 250 ml-lik həcmində qazlı su orqanizmə 10 çay qaşığı şəkər əvəzində daxil olur. Bu miqdar isə insanın gündəlik dozasıdır, onu da hissə-hissə qəbul etməlidir. 10 qaşıq şəkər qatılmış suyu insan adi halda içsə, ürəkbulanma baş verər. Amma qazlı içkilərdə belə hal baş vermir, çünki əlavə olunan forfor turşusu şirniyyatın mənimsənilməsini yüngülləşdirir, o təzyiqi hiss etdirmir. 20 dəqiqə keçdikdə isə qanda şəkər, qlükoza kəskin qalxır, mədəaltı vəz qana insulin buraxır. Qaraciyər bu qədər şəkərlə nə edəcəyini bilmir, onu piyə, yağa çevirib, özündə saxlayır. 40 dəqiqə sonra – kofein həll olur, bəbəklər genişlənir, təzyiq qalxır, qaraciyər bu dəfə qana şəkər atır. Beyin reseptorları qıcıqlanır, sakitləşdirici və yuxu gətirici reseptorlar bloklanır. 1 saatın tamamında isə suda olan həmin fosfor turşusu kalsium, maqniy, sinklə bağırsaqda birləşib metobolizmi sürətləndirir, nəticədə sidiklə kalsium yuyulub gedir, bu da sümüklərin zəifləməsi deməkdir. Yəni bu şirələr sümükləri yuyur. Orqanizmdə sidiklə lazımlı mikroelementlər çıxdığı üçün, beyində həzzverici hormon da azaldığı üçün, kofein və şəkər təsirini itirir, sidiyə getmələr çoxalır, bu da orqanizmin maye-duz balansını pozur, insan əsəbi, oyanıq və əzgin olur, beyin tormozlanır. Bu içkilər uşaq və böyüklərdə ürək-damar, mədəaltı vəz, beyin, qaraciyər, böyrəklər, sinirlər, bağırsaq, sümükləri sıradan çıxarır. İnsanda depressiya, əsəb və gərginlik yaradır.

Orta yaş qrupuna daxil olan insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir. Ümumiyyətlə, şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur. Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Adətən, qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan Aspartam əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı”nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.

Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, qazlı və şirin içkiləri birmənalı şəkildə qida rasionumuzdan çıxarmalıyıq. Azyaşlı uşaqlar və sağlamlığında ciddi problemi olan şəxslər üçün bu qaydalara xüsusilə diqqət yetirilməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>