Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək | SON XƏBƏR | SON XƏBƏR

Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

 Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov

İyulun 19-da vergilər naziri Mikayıl Cabbarov Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonları sakinlərini qəbul edəcək.

Bu barədə  Sonxəbər.info-ya Nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 15-18-i tarixlərində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>