SON XƏBƏR | Archive | Avqust

Home » 2019 » Avqust

Ötən gün axtarışda olan 25 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 25 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti […]

Salyanda qəza: 2 nəfər öldü, 1 nəfər yaralandı

Salyanda qəza: 2 nəfər öldü, 1 nəfər yaralandı

Dünən axşam Salyan rayon ərazisində baş verən avtomobil qəzasında 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bir qadın isə bazu sümüyünün sınığı xəsarəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Türkiyə prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Türkiyə prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, R.T.Ərdoğan bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türk Şurasının sammitində iştirak etmək üçün Azərbaycana gələcək. Diplomat qeyd edib ki, səfər çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq.

 Tovuzda 6 yaşlı uşağı it dişləyib

 Tovuzda 6 yaşlı uşağı it dişləyib

Tovuz rayonunda 6 yaşlı uşağı it dişləyib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona quduzluq əleyhinə peyvənd vurulub. Faktla bağlı araşdırma aparılır.

 “Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir

 “Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir

Sonxəbər.info-nun xəbərinə görə,hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə “Nar”-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür. Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. “Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet […]

Sabah intensiv yağış yağacaq

Sabah intensiv yağış yağacaq

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan […]

Baş prokuror Qubada vətəndaşları qəbul edib

Baş prokuror Qubada vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxəbər.info-ya  verilən məlumata görə, Baş prokuror Zakir Qaralov Quba rayon prokurorluğunun inzibati […]

Biləsuvarda icazəsiz ov edən şəxs saxlanılıb

Biləsuvarda icazəsiz ov edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb. Nazirliyin Mətbuat xidmətindən  Sonxəbər.info-ya  verilən məlumata görə, ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb. Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol […]

Bu gün bəzi rayonlarda qaz təchizatı dayandırılıb

Bu gün bəzi rayonlarda qaz təchizatı dayandırılıb

Bu gün səhər saat 08:00-dan təmir işləri başa çatanadək Bakının Nəsimi rayonu, 20 yanvar və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq. Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar […]

Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yayıb

Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən Sonxəbər.info-ya verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən […]

Page 1 of 50123Next ›Last »