Biləsuvarda icazəsiz ov edən şəxs saxlanılıb | SON XƏBƏR | SON XƏBƏR

Biləsuvarda icazəsiz ov edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.

Nazirliyin Mətbuat xidmətindən  Sonxəbər.info-ya  verilən məlumata görə, ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.

Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>