SON XƏBƏR | Archive | Avqust | 2

Home » 2019 » Avqust (Page 2)

Pakistanın daxili işlər naziri Azərbaycana səfərə gələcək

Pakistanın daxili işlər naziri Azərbaycana səfərə gələcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin daxili işlər naziri İcaz Əhməd Şahla görüşüb. Sonxəbər.info “Report”a  istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini və Kəşmir ətrafındakı vəziyyəti müzakirə ediblər. Səfir Kəşmir məsələsində Azərbaycanın Pakistanı dəstəklədiyini qeyd edib. Görüşün sonunda səfir naziri Azərbaycana səfərə dəvət edib və dəvət qəbul olunub.

Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, […]

Xəzər dənizini çirkləndirən əsas mənbələr açıqlanıb

Xəzər dənizini çirkləndirən əsas mənbələr açıqlanıb

“Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və başqa mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir”. Sonxəbər.info-ya  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib. O bildirib ki, Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici […]

Bakı polisi vətəndaşlara və jurnalistlərə müraciət edib

Bakı polisi vətəndaşlara və jurnalistlərə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə və jurnalistlərə müraciət edib. Sonxəbər.info-un  xəbərinə görə, müraciətdə qeyd olunub ki, paytaxtda hərəkət iştirakçılarının – sürücülərin, piyadaların həyatına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər davam etdirilir. “Bu istiqamətdə işin səmərəli olması üçün paytaxt yollarında rastlaşdığınız ictimai təhlükəli əməllərlə bağlı polisi məlumatlandırmağı tövsiyə edirik. İctimai […]

ETSN Xəzəri çirkləndirən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib

ETSN Xəzəri çirkləndirən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib

“Bugünədək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib”. Sonxəbər.info-ya  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib. Nazirlik rəsmisi qeyd edib ki, bundan sonra da Xəzər dənizinin […]

Nazirlik: Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

Nazirlik: Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədi ilə gələn aydan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək. Sonxəbər.info-ya xəbər verir ki, bunu nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək. İ.İbrahimova qeyd edib […]

BŞTİ uşaqların I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı (ÖZƏL)

BŞTİ uşaqların I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı (ÖZƏL)

2019-2020-ci tədris ili üçün Bakıda 8 yaşdan yuxarı 28 nəfər uşaq I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  verilən məlumata görə, onlar, əsasən, 2006-2010-cu il təvəllüdlü uşaqlardır. Həmin uşaqların I sinfə qəbulunun, əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən gecikdiyi məlum olur: “Uşaqların vaxtında I sinfə qəbulunu […]

DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi

DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi

Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub. Bunu  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, avtobus Lənkəran daxilində fəaliyyət göstərib: “Qəzaya düşən avtobus müntəzəm sərnişin daşımırdı, sadəcə ayda bir, iki dəfə xəttə çıxırdı. Avtobus fəhlələri, ya da ona […]

Ötən gün yol qaydalarını pozan 1841 sürücü barəsində protokol tərtib olunub

Ötən gün yol qaydalarını pozan 1841 sürücü barəsində protokol tərtib olunub

Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları avqustun 28-də jurnalistərin iştirakı ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama – əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. İdarədən  verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, […]

 Atəşkəs 20 dəfə pozuldu

 Atəşkəs 20 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyindən Sonxəbər.info-ya  verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş […]