Sentyabr 2, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Sentyabr » 02

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edir

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edir

Sonxəbər.info-nun  xəbərinə görə,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edilir. Müsabiqənin şərtləri: Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği,  gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır; Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər; Hekayənin həcmi […]

“Quran”ın rus dilinə yeganə qadın tərcüməçisi vəfat edib

“Quran”ın rus dilinə yeganə qadın tərcüməçisi vəfat edib

“Qurani-Kərim”in rus dilinə yeganə qadın müəllifi kimi şöhrət qazanmış rusiyalı tərcüməçi və ictimai xadim Valeriya Poroxova 79 yaşında vəfat edib. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, onun tərcüməsi orjinala bərabər tutulur.

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi müəyyənləşib

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi müəyyənləşib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, fərmanla komissiyanın tərkibi yeni redaksiyada verilib. Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Komissiyanın üzvləri […]

 Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir (FOTO)

 Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir (FOTO)

Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxəbər.info-ya  verilən məlumata görə, avqustun 26-27-də Keniyanın Naivaşa şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Keniya Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) tərəfindən “Düşüncənin Liderliyi” adlı seminar keçirilmişdir. Tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Böyük […]

Gələn il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib

Gələn il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib

Gələn il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. Sonxəbər.info xəbər verir ki, bununla  bağlı Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili […]

Əfv Komissiyasının tərkibi dəyişdirilib

Əfv Komissiyasının tərkibi dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.

Vilayət Eyvazov: “Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib”

Vilayət Eyvazov: “Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib”

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər naziri, general-polkovnik  Vilayət Eyvazov yeni binada mənzillə təmin olunmuş sakinlər qarşısında çıxış edərək onları təbrik edib, yeni mənzillərində xoşbəxtlik, yüksək […]

Azərbaycanın ən böyük işəgötürəni SOCAR əməkdaşlarının maaşını 20% artırıb

Azərbaycanın ən böyük işəgötürəni SOCAR əməkdaşlarının maaşını 20% artırıb

Prezident İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılıb. Bu barədə  SOCAR-dan məlumat verilib. Bildirilib ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib. […]

Regionlarda lisey sinifləri yaradılacaq

Regionlarda lisey sinifləri yaradılacaq

2019-2020-ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq. Təhsil Nazirliyindən  verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin […]

“Optimal Elektroniks” cərimələnib

“Optimal Elektroniks” cərimələnib

Yasamal Rayon Məhkəməsi “Optimal Elektroniks” MMC-nin 608 ABŞ dolları məbləğində cərimələnməsi barədə qərar çıxarıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən yazdığı protokola əsasən cərimələlənib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal […]

Page 1 of 212