Sentyabr 3, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Sentyabr » 03

Bakıda övladları polis tərəfindən tapılan qadın Vilayət Eyvazova məktub ünvanlayıb

Bakıda övladları polis tərəfindən tapılan qadın Vilayət Eyvazova məktub ünvanlayıb

Bakıda övladları oğurlanıb, daha sonra tapılan Çiçək Aslanova Daxili İşlər naziri Vilayət Eyvazova məktub ünvanlayıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, Ç.Aslanova övladlarının itkin düşməsi barədə müraciətinin müsbət həllini tapmasında göstərdikləri köməyə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirib. O, məktubunda Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edib. Xatırladaq ki, avqustun 15-də Bakının Binəqədi rayonu, 3-cü mədən […]

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Sonxəbər.info-ya verilən məlumata əsasən,  sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 27 mm (aylıq normanın 150 faizi), Zabratda 20 […]

Biləcəridə yol çöküb

Biləcəridə yol çöküb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumatda deyilir ki, baş vermiş qəzanın aradan qaldırılması üçün […]

Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

2019-2020-ci tədris ilinin ilk dərs günü sentyabrın 16-da olacaq. Təhsil Nazirliyindən  verilən məlumata görə, Bilik Günü – 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün tədris ilinin ilk günü 16 sentyabr hesab ediləcək. Bununla əlaqədar orta məktəblərdə dərslərin keçirilməsinə sentyabrın 16-dan başlanacaq. Qeyd edək ki, Azərbaycanda tədris ili adətən 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır. […]

Sumqayıtda hadisə yerindən qaçan sürücü həbs edilib

Sumqayıtda hadisə yerindən qaçan sürücü həbs edilib

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtda piyadanın avtomobillə vurularaq öldürülməsilə bağlı məlumat yayıb. Sonxəbər.info-ya daxil olan məlumatda bildirilib ki, Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Belə ki, avqustun 31-də, saat 22 […]

Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq

Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq

Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə olunsun. Sonxəbər.info-nun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib. A.Qaraşov deyib ki, meşə təsərrüfatından sənaye məqsədlərilə istifadə üçün yaxın perspektivdə […]

30 nəfər şaurmadan zəhərləndi

30 nəfər şaurmadan zəhərləndi

Odessa vilayətində kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, faktı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti təsdiqləyib. Məlumata görə, Avanqard kəndində dönərxanalardan birində satılan şaurmanı yedikdən sonra 30 nəfər vilayət xəstəxanasına müraciət edib. Bəzi xəstələr artıq evə buraxılsa da, 18 nəfərin hələ də xəstəxanada müalicəsini davam etdirdiyi bildirilir. Faktla bağlı müvafiq qurumlar artıq araşdırmalara başlayıb.

YAP ənənəvi mətbuat konfranslarını bərpa edir

YAP ənənəvi mətbuat konfranslarını bərpa edir

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. YAP-dan verilən məlumata görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan […]

Təhsil naziri əmr imzaladı

Təhsil naziri əmr imzaladı

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr ediləcək. Təhsil Nazirliyindən  verilən məlumata görə, V-IX siniflərdə “Mütailə – mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə […]

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 25-28, Bakıda gecə 17-19, […]

Page 1 of 212