Sentyabr 4, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Sentyabr » 04

Ramiz Rövşənə “Xalq şairi”, Kamal Abdullaya “Xalq yazıçısı” fəxri adları təqdim olunub

Ramiz Rövşənə “Xalq şairi”, Kamal Abdullaya “Xalq yazıçısı” fəxri adları təqdim olunub

Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər – Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar – Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri […]

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi sabah Bakıya gəlir

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi sabah Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək. “Report“un Fransa bürosu xəbər verir ki, səfər sentyabrın 5-7-də baş tutacaq. T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək. Fonddan  verilən məlumata görə, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək […]

DYP-nin Ekoloji Nəzarət Bölüyünün komandiri yeni vəzifəyə təyinat alıb

DYP-nin Ekoloji Nəzarət Bölüyünün komandiri yeni vəzifəyə təyinat alıb

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Respublika Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib. V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin […]

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Sonxəbər.info-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda […]

“Azəriqaz”da yeni təyinat olub

“Azəriqaz”da yeni təyinat olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub. “Azəriqaz”dan  verilən məlumata görə, “Azəriqaz”ın Baş direktorunun əmri ilə Əlibaba Ramazan oğlu Əliyev Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Ölkənin bir neçə yerində qaz olmayacaq

Ölkənin bir neçə yerində qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, mövsümi işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında […]

FHN “Torqovı”dakı yanğınla bağlı son məlumat yaydı

FHN “Torqovı”dakı yanğınla bağlı son məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Nizami küçəsində baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən  verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb. Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri […]

Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Sonxəbər.info-ya  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk […]