Sentyabr 9, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Sentyabr » 09

Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edib

Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edib

Türkiyə və Rusiyanın xarici işlər nazirləri – Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Suriyadakı vəziyyət Astana formatı ölkələrinin (Türkiyə, İran, Rusiya) zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub. Həmçinin Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə, habelə Rusiya ilə Türkiyə prezidentləri […]

Bakıda keçiriləcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb

Bakıda keçiriləcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb

Sentybarın 13-də Bakıda start götürəcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, 3 günü əhatə edəcək yarışda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar. Hər komanda 3 oyunçu ilə təmsil olunacaq. Oyunlar “Elite Horse and Polo Club”da yerləşən meydançada hər gün saat 15:00-da start götürəcək. 12 sentyabr saat 16:30-da […]

“Azərbaycan: Bir daha bax” tanıtım çarxı beynəlxalq festivalda qalib oldu

“Azərbaycan: Bir daha bax” tanıtım çarxı beynəlxalq festivalda qalib oldu

Azərbaycan Turizm Bürosunun “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) destinasiya təbliğatı filmi “FilmAT” festivalının “Ən yaxşı ölkə təbliğatı filmi” kateqoriyasında birinci yerə sahib olub. Qalib məşhur polşalı prodüser, “Oskar” mükafatı ilə təltif olunmuş Zbiqnev Zmudzkinin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Mükafatlandırma mərasimi 16-18 oktyabr tarixlərində Polşanın Varşava şəhərində baş tutacaq. Qeyd […]

Maliyyə Nazirliyinin Kollegiyası gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini təsdiqləyib

Maliyyə Nazirliyinin Kollegiyası gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini təsdiqləyib

Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib. Nazirlikdən verilən məlumata görə, Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və orta müddətli dövrdə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi, 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinin tərtibi və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya […]

Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Lənkəranın Sütəmurdov kəndində həyətyanı sahədə su quyusundan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub. Mərkəzin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Tapıntının orta əsrlərə aid olduğu müəyyən edilib. Lənkəran Regional Elmi Mərkəzinin […]

Mədəndə FACİƏ – Ölən var

Mədəndə FACİƏ – Ölən var

İranın şimalında yerləşən Mazandaran vilayətinin Nur rayonunun Çəmestan məntəqəsində daş-kömür mədənində partlayış baş verib. Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti təcili yardım idarəsinin sözçüsü Zəkəriyya Əşkpur deyib. Z.Əşkpurun sözlərinə görə, ötən gün baş verən hadisə nəticəsində bir fəhlə həlak olub, daha biri yaralanıb. İdarə rəsmisi əlavə edib ki, yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar […]

Bu tələbələrə Prezident təqaüdü veriləcək (SİYAHI)

Bu tələbələrə Prezident təqaüdü veriləcək (SİYAHI)

Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin: Abbaszadə Yeganə Sərvər qızı Abiyeva Nəzrin Vüqar […]

Daxili işlər orqanlarında yeni təyinatlar olub

Daxili işlər orqanlarında yeni təyinatlar olub

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. “Report”un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatda Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Muhamməd Xamedov vəzifəsindən azad edilib. O, həmin idarənin Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi təyin olunub. Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi Hatəm Abdullayev isə Xaçmaz Dəmir yolu Polis Şöbəsinin rəisi təyin edilib.

Baş Nazirin müavini Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Baş Nazirin müavini Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Baş Nazirin müavini Əli  Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib. Səfir Baş Nazirin müavininə Rusiya Federasiyası Baş Nazirinin müavininin məktubunu çatdıraraq 2020-ci ildə Rusiyada keçiriləcək ekoloji məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib. Baş Nazirin müavini Əli Həsənov görüşdə Azərbaycan Respublikasının […]

Elşad Hacıyev: “Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”

Elşad Hacıyev: “Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”

“Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O vurğulayıb ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, […]

Page 1 of 6123Next ›Last »