“A Klass” dondurmaları | SON XƏBƏR | SON XƏBƏR

“A Klass” dondurmaları

Azərbaycan dondurma sektorunda “A Klass” dondurmaları yüksək keyfiyyətinə görə qısa zaman ərzində istehlakçıların zövqünü oxşamağı bacarıb.

Bugünkü cəmiyyət, keçmişin ləzzəti, qulaqlarımızdakı saf dondurmacı səsi və ləziz dondurma dadını geri qaytarmaq üçün səy göstərirlər. Köhnə təbiətə qayıtmaq və qidamıza qayğı göstərmək üçün “A Klass” dondurmalarının istehsal prosesində təbii və sağlam xammallardan istifadə edilir. İstifadədən əvvəl xammallar şirkətimizdə fəaliyyət göstərən laboratoriyada diqqətlə analiz edilərək yoxlanılır.

Rəngarəng çeşidləri ilə hər zövqə və damaq dadına uyğun olan “A Klass” dondurmaların hazırlanmasında müasir texnoloji avadanlıqlardan istifadə edilir. Şirkət Bakı şəhəri və respublikanın regionlarını əhatə edən geniş satış şəbəkəsinə malikdir.

"A Klass" dondurmaları ləziz və olduqca fərqli təamlı dondurma çeşidləri ilə isti yay günlərində özünüzü gümrah hiss etməyinizə kömək olacaq. Dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalıdır. Sağlam şərtlərdə istehsal edilən və saxlanan dondurmaların heç bir zərəri yoxdur, əksinə, qida mütəxəssisləri dondurmanın hətta qış aylarında da yeyilməsini tövsiyə edirlər.

“A Klass” dondurmalarının əsas məqsədi xalqımızı keyfiyyətli qida məhsulları ilə təmin etməkdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>