Azərbaycan hərbçiləri Almaniyada keçirilən təlimdə tapşırıqları icra ediblər | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan hərbçiləri Almaniyada keçirilən təlimdə tapşırıqları icra ediblər

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimdə iştirak edən Azərbaycanın hərbi qulluqçuları müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>