Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb.

Sorğuların qəbulu oktyabrın 15-dən davam etdiriləcək.

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46 mindən çox müraciət daxil olub.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi bu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilirdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>