Bakıda keçiriləcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Bakıda keçiriləcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb

Bakıda keçiriləcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb

Sentybarın 13-də Bakıda start götürəcək polo üzrə Dünya Kubokunun təqvimi açıqlanıb.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, 3 günü əhatə edəcək yarışda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar. Hər komanda 3 oyunçu ilə təmsil olunacaq. Oyunlar “Elite Horse and Polo Club”da yerləşən meydançada hər gün saat 15:00-da start götürəcək.

12 sentyabr saat 16:30-da “Fairmont” mehmanxanasında mətbuat konfransı və oyunçuların təqdimatı reallaşacaq.

Püşkatmanın nəticələrinə əsasən, ilk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrəninin “Evviva Polo Club St. Moritz” komandaları arasında baş tutacaq. Günün ikinci görüşü “Los Nocheros Polo Club Münster” (Almaniya) və “Planernaya Polo Club Moscow” (Rusiya) kollektivləri arasında olacaq.

Turnirin 2-ci gününün açılış matçında “Evviva Polo Club St. Moritz” (İsveçrə) və “Los Nocheros Polo Club Münster” (Almaniya) qarşılaşacaq. İkinci duel isə “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” (Rusiya) komandaları arasında baş tutacaq.

15 sentyabrda üçüncülük uğrunda mübarizə 15:00-da başlayacaq. Final görüşü isə saat 16:15-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan 10 – 20 sentyabr 2020-ci ildə polo üzrə Avropa çempionatına da ev sahibliyi edəcək


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>