Baş Nazirin müavini Rusiyanın Azərbaycandakı səfirini qəbul edib | SON XƏBƏR | SON XƏBƏR

Baş Nazirin müavini Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Baş Nazirin müavini Əli  Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Səfir Baş Nazirin müavininə Rusiya Federasiyası Baş Nazirinin müavininin məktubunu çatdıraraq 2020-ci ildə Rusiyada keçiriləcək ekoloji məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib.

Baş Nazirin müavini Əli Həsənov görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atdıqları qətiyyətlı addımlar barədə qonağa geniş məlumat verib, həmçinin Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkə olduğunu səfirin diqqətinə çatdırıb.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>