Elşad Hacıyev: "Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir" | SON XƏBƏR | SON XƏBƏR

Elşad Hacıyev: “Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir".

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir.”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>