FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu yerdə qalıb. AVR-2020-nin seçmə mərhələsində səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə 1:1-lik bərabərə qalan yığma hesabına 3 xal əlavə edib.

Qeyd edək ki, siyahıya 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya isə 1719 xalla üçüncü sıradadır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>