Gürcüstan prezidentinin oğlu Yelisey sarayında işlə təmin olunub | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstan prezidentinin oğlu Yelisey sarayında işlə təmin olunub

Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Fransa vətəndaşı, diplomatı Teymuraz Gürcüstani Yelisey sarayında diplomatik bölmədə işə başlayıb.

Məlumatı “Sputnik Qruziya” yayıb.

Bildirilib ki, Gürcüstani anasının yolu ilə gedərək diplomat olub. O, son illər Fransanın BMT-də yanındakı nümayəndəliyində işləyib.

Yelisey sarayında Teymuraz Gürcüstani Asiya, Şimali və Latın Amerikası məsələləri üzrə çalışacaq. O, Salome Zurabaşvilinin birinci, İran əsilli gürcü ərindən olan oğludur. Gürcüstan prezidentinin qızı Ketevan isə Fransada jurnalistika ilə məşğuldur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>