Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub | SON XƏBƏR | SON XƏBƏR

Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyevi "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Yubiley medalı F.Əliyevə təqdim olunub.

Bununla yanaşı, Hərbi Prokurorluğun bir neçə əməkdaşı da "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2005-ci ildən isə prokurorluq orqanlarında xidmət edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>