Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb | SON XƏBƏR | SON XƏBƏR

Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb

Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib.

Sonxəbər.info Trend-ə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.

Bildirilir ki, əsas toqquşmalar Monqkok rayonunda baş verib. Radikal xarakterli etirazçılar polis idarəsinin yaxınlığında avtomobil yollarını bağlamağa çalışıblar.

Bundan əlavə qeyd edilir ki, etirazçıların bir hissəsi ABŞ-ın Baş konsulluğunun binası tərəfə hərəkət etmək niyyətindədir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>