Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib | SON XƏBƏR | SON XƏBƏR

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Bu gün Azərbaycan Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

İclasda komitə sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə barədə hesabat verib.

Sonra Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

İclasda “Məişət zorakılığının qorunması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” dəyişiklik layihələri müzakirə olunub. Bildirilib ki, layihələr uyğunlaşdırma xarakterlidir.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>