Ölkənin bir neçə yerində qaz olmayacaq | SON XƏBƏR | SON XƏBƏR

Ölkənin bir neçə yerində qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, mövsümi işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>