Ölmüş hərbçilərin ailə üzvləri Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər | SON XƏBƏR | SON XƏBƏR

Ölmüş hərbçilərin ailə üzvləri Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər

Ölmüş hərbçilərin ailə üzvləri Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdıran zaman zorakılıq tətbiq edib.

Bildirilib ki, aksiya iştirakçılarından biri binaya daxil olmaq istəyərkən polis əməkdaşlarından biri onun qolunu buraraq güc tətbiq edib.

Asayiş keşikçiləri ölmüş hərbçinin anası Lusin Avetisyanın Ermənistanın ombudsmanı Arman Tatoyana yaxınlaşmasına imkan verməyiblər. Tatoyan gedəndən sonra Avetisyan hökumət binasının çıxışında oturub, ona “Əsgər” İctimai Birliyinin sədri Marqarita Xaçatryan da qoşulub.

“2008-ci il martın 1-də Yerevanda baş vermiş etiraz aksiyaları zamanı ölənlərin ailə üzvlərinə 30 milyon dram (təxminən, 107 min manat) ayrılacaq. Biz oğullarımızı orduya borclarını icra etmək üçün göndərmişik. Oğullarını itirmiş anaların sualına cavab ver. Belə çıxır ki, kreslo uğrunda küçədə mübarizə aparanları 30 milyon dramla yad edirsən, ancaq ölmüş hərbçilərin ailələrinə bunu vermək istəmirsən?”, - oturaq aksiya keçirən Marqarita Xaçatryan bildirib.

O, hökumətin məsələyə dair uyğun qərar qəbul edənədək oturaq aksiya keçirəcəyini deyib.

Aksiya iştirakçıları tələbləri yerinə yetirlməyəcəyi təqdirdə növbəti dəfə aclığa əl atacaqlarını da vurğulayıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>