Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır | SON XƏBƏR | SON XƏBƏR

Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır

 

Sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi başa çatır.

Təhsil Nazirliyindən bildirilib ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, sənəd qəbulunun ikinci mərhələsində 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>