Qubada ayının təsərrüfatlara hücumu ilə bağlı İşçi Qrup yaradılıb | SON XƏBƏR | SON XƏBƏR

Qubada ayının təsərrüfatlara hücumu ilə bağlı İşçi Qrup yaradılıb

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirlikdən Sonxəbər.info-ya verilən məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>