Tbilisidə etiraz aksiyasında qarşıdurma baş verib, 3 nəfər saxlanılıb | SON XƏBƏR | SON XƏBƏR

Tbilisidə etiraz aksiyasında qarşıdurma baş verib, 3 nəfər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya təşkilatçısı olan “Ayıbdır” hərəkatının üzvləri və "Vətənpərvərlər Alyansı Partiyası"nın tərəfdarları arasında qarşıdurma baş verib.

Polis insidentə müdaxilə etməli olub və üç nəfəri saxlayıb. Həmin şəxslər polisə tabe olmaqdan imtina ediblər.

Qeyd edək ki, “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları səhər saatlarında parlament ətrafında aksiya keçirirlər. Onlar Gürcüstan hökumətinin yeni tərkibinə etiraz edirlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>