AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır | SON XƏBƏR | SON XƏBƏR

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır

 Akademik İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır.

Bununla bağlı məsələ Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan son illər dünyada mövqeyini daha da möhkəmləndirməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir.

O qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir:

"Azərbaycan İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlıdır. Hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar və yeni kompleks tədqiqatların reallaşdırılması zərurəti meydana çıxarıb".

Qeyd olunanlar nəzərə alınaraq AMEA-nın Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb, bu istiqamətdə bir sıra tapşırıqlar verilib.

Bundan başqa, Mərkəzin Məsləhət Şurasının yaradılması, əsasnaməsinin hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi və digər məsələlər qərara alınıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>