AMEA-nın işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq | SON XƏBƏR | SON XƏBƏR

AMEA-nın işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq

"Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri haqqında olan məlumatlar elektronlaşdırılacaq".

Bununla bağlı məsələ Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur: "Artıq sistemin yaradılmasına başlanılıb. Elmi müəssisələrdə çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər. Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev bildirib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyətı qurumlar faydalana biləcək: "Sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək" .


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>