Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb | SON XƏBƏR | SON XƏBƏR

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.

İcmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb.

Qeyd edib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur: "Azərbaycan konkret nəticələr gözləyir. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Azərbaycan isə tam əksinə olaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>