Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb | SON XƏBƏR | SON XƏBƏR

Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.

Bu barədə Sonxəbər.info-ya 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev məlumat verilib.

Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>