Nazir: "Hazırlıq qruplarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur" | SON XƏBƏR | SON XƏBƏR

Nazir: “Hazırlıq qruplarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur”

 Təhsil naziri Ceyhun Bayramov

"Nazirlər Kabinetinin qərarına əsasən və normativlərə uyğun olaraq, ali təhsil müəssisələri hazırlıq qrupları təşkil edə bilər".

Bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər daxil olmalıdır.

O qeyd edib ki, qanunvericiliyə əsasən, hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən, hərbi xidmət keçməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr möhlət hüququ qazanırlar".

Hazırlıq qruplarında oxuyanların təhsil haqqına gəlincə, nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki hazırlıq qruplarına qəbul və orada təhsil almaq dövlət sifarişi ilə həyata keçirilmir. Deməli, bu, ödənişli əsaslarla həyata keçirilir. Ödənişli əsaslarla olduğu üçün təhsil haqqının məbləği təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>