Nazir: "Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil" | SON XƏBƏR | SON XƏBƏR

Nazir: “Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil”

Təhsil naziri Ceyhun Bayramov

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Bakı və digər rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir: "Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri əsasən kortəbii inkişaf edən ərazilərdə müşahidə edirik. Əfsus ki, belə ərazilər mövcuddur".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>