Nazirlik: Modul tipli məktəblərin sayı artırılır | SON XƏBƏR | SON XƏBƏR

Nazirlik: Modul tipli məktəblərin sayı artırılır

Bu il 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən  verilən məlumata görə, onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.

2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.

Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>