"Qəbələ" - "Qarabağ" matçında qalib müəyyənləşməyib | SON XƏBƏR | SON XƏBƏR

“Qəbələ” – “Qarabağ” matçında qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

VIII turun açılış matçında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 3-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Qismət Alıyev açıb. Altı dəqiqə sonra isə İsmayıl İbrahimli bərabərlik qolunu vurub.

Qalan bölümdə qapılara qol vurulmayıb. Beləliklə, "Qarabağ" Premyer Liqada ilk dəfə xal itirib. Bununla belə, xallarını 22-yə çatdıran Ağdam komandası liderliyini qoruyur. Xallarını 6-ya çatdıran "Qəbələ" isə yenə 7-cidir.

Günün digər matçında "Keşlə" və "Sabah" görüşəcək. Tura isə oktyabrın 20-də keçiriləcək "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>