Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır | SON XƏBƏR | SON XƏBƏR

Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb", - nazirlikdən bildirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>