Türkiyə Prezidenti: "Mülki vətəndaşların soyqırımını görmək istəyirsinizsə Dağlıq Qarabağa baxın" | SON XƏBƏR | SON XƏBƏR

Türkiyə Prezidenti: “Mülki vətəndaşların soyqırımını görmək istəyirsinizsə Dağlıq Qarabağa baxın”

"Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, ey azacıq da olsa vicdan və əxlaqa sahib ölkələr! Hamınıza müraciət edirəm, dövran belə qalmayacaq, dönəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib.

Türkiyə lideri Afrika ölkələrində, Suriya, İraqda mülki vətəndaşların qətliamından danışarkən, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların Ermənistan tərəfindən soyqırıma məruz qaldığına işarə edərək deyib: “Mülki vətəndaşların soyqırımını görmək istəsəniz, Dağlıq Qarabağa, Balkanlara, Şimali Kiprə baxın”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>