Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, saxlanılan var | SON XƏBƏR | SON XƏBƏR

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, saxlanılan var

Bakıda keçmiş məhkumda heroin və saxta əskinas aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>