Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək | SON XƏBƏR | SON XƏBƏR

Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il ilin dövlət büdcəsinin müzakirələri davam etdiriləcək.

İclasın gündəliyinə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qaunun layihələri, Milli Məclisin, Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər qanun layihələri olmaqla 11 məsələ daxildir.

Qeyd edək ki, parlamentdə büdcə müzakirələri ötən gün başlayıb və 3 gün davam edəcək. Ötən gün aparılan müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri ölkə iqtisadiyyatı, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri haqqında ətraflı məlumat veriblər, eyni zamanda deputatlar budcə ilə bağlı təkliflərini səsləndiriblər. Bu gün dövlət büdcəsinin birinci oxunuşda qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>