Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib – FOTO – VİDEO

9 Noyabr Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səslədirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər və əsgərlər də Vətənə sadiq olacaqlarına söz veriblər.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Məhz buna görə də başı üzərində Azərbaycan bayrağı dalğalanan əsgərlərimizin şücaəti hər birimizi daha da qürurlandırır.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>