Dünyanın ən xoşbəxt xalqı məlum oldu | SON XƏBƏR | SON XƏBƏR

Dünyanın ən xoşbəxt xalqı məlum oldu

“Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır.

Aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.

Bundan əlavə on ballıq şkala üzrə insanların həyat şəraitindən razılığı da hesablanıb. Belə ki, Avropa İttifaqı üzrə ortalama razılıq faizi 7,3 təşkil edib. Latviyada bu göstərici 6,7, Estoniyada 7, Litvada 6,4-dür. Burada ən az göstərici Bolqarıstanda (5,4), ən yuxarı isə Finlandiyada (8,1) qeydə alınıb.

Publika.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>