Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi bıçaqlanaraq öldürülüb - ƏLAVƏ OLUNUB | SON XƏBƏR | SON XƏBƏR

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi bıçaqlanaraq öldürülüb – ƏLAVƏ OLUNUB

Gəncə şəhərində qətl hadisəsi törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa İlqar oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədənin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Qətlə yetirilən 30 yaşlı Mirağa Əliyevin şəhərdəki valyutadəyişmə məntəqələrindən birində işlədiyi, onu şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən şadlıq sarayında keçirilən toydan çıxarkən sarayın yaxınlığında bıçaqlandığı və aldığı ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə ekspertizaya aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>