KİV: Ermənistan baş nazirinin reytinqi düşüb | SON XƏBƏR | SON XƏBƏR

KİV: Ermənistan baş nazirinin reytinqi düşüb

“Selfi” çəkib, “layf” və xalqın xoşuna gələn başqa addımlar atmasına baxmayaraq, sosioloji sorğuların nəticəsinə əsasən, son zamanlar Nikol Paşinyanın reytinqi düşüb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanda çıxan “Past” qəzeti yayıb.

“On gün qabaq Ermənistanın baş naziri Nikol Paşinyana yeni sosioloji sorğunun nəticələri təqdim edilib. Yekun baş naziri o dərəcədə hiddətləndirib ki, yerli təşkilatlara bunu yoxlamağı və yeni sosioloji sorğu keçirməyi tapşırıb. Yeni sorğu baş nazir Parisə səfər etməzdən iki gün əvvəl təqdim olunub. Bu sorğunun nəticələri əvvəlkiləri təsdiqləyib. Məlumata görə, Nikol Paşinyanın reytinqi 21-23 faiz arasında dəyişir”, - qəzet yazıb.

Məqalədə qeyd olunub ki, yaxın zamanda baş nazir reytinqinin artması üçün cəmiyyətə yeni təşəbbüslər təqdim edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>