Mikayıl Cabbarov: "Qarşıdakı illərdə BƏƏ ilə Azərbaycan arasındakı əməkdaşlıq genişlənəcək" | SON XƏBƏR | SON XƏBƏR

Mikayıl Cabbarov: “Qarşıdakı illərdə BƏƏ ilə Azərbaycan arasındakı əməkdaşlıq genişlənəcək”

"Bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclasın nəticəsi olaraq tərəflər arasında razılaşdırılmış protokol imzalanıb".

Bunu jurnalistlərə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, bu protokol iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir: "O cümlədən nəqliyyat, logistika, turizm və başqa sahələrdəki əməkdaşlıq barədə müzakirələr öz əksini tapıb. İnanırıq ki, ölkələrimiz arasında olan mövcud iqtisadi əməkdaşlıq səviyyəsi bu günlərdə həyata keçirilən işlərin nəticəsində daha da yüksək səviyyəyə qalxacaq".

Onun sözlərinə görə, ötən gün də cənab Prezident İlham Əliyev tərəfindən ölkələrimiz arasındakı əməkdaşlığın genişlənməsinə dair tövsiyələr verildi: "Ümid edirəm ki, qarşıdakı illərdə biz irəliləyişi görəcəyik".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>