Mütəxəssislərdən QADINLARA XƏRÇƏNG XƏBƏRDARLIĞI | SON XƏBƏR | SON XƏBƏR

Mütəxəssislərdən QADINLARA XƏRÇƏNG XƏBƏRDARLIĞI

Elm adamları xəstəliklərin son illərdə sürətlə artdığı Puerto-Rikoda yaşayan 600 qadının qidalanma vərdişləri üzərində araşdırma aparıb.

Araşdırma nəticəsində hər gün sarımsaq və soğan yeyən qadınların süd vəzisi xərçənginə yoluxması ehtimalının 67% daha az olduğu ortaya çıxıb.

Mütəxəssislər bildirir ki, soğan və sarımaq çiy şəkildə istifadə edilməlidir. Bişmiş forması orqanizmə eyni dərəcədə fayda vermir.

İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, statistikalar ABŞ və İngiltərə hər 8 qadından birinin həyatının müəyyən dövründə süd vəzisi xərçənginə yoluxa biləcəyini göstərir.

Dünya miqyasında xərçəngin əmələgəlmə və inkişaf səbəblərini anlamaq üçün daha çox araşdırma aparılmasına ehtiyac var.

Publika.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>