Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb – VİDEO – FOTO | SON XƏBƏR | SON XƏBƏR

Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb – VİDEO – FOTO

Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb – VİDEO – FOTO
Təlimin üçüncü mərhələsində qəbul edilmiş qərara əsasən praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb.

Sonxəbər.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tank əleyhinə bölmələr tərkibindən yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma keçərək müdafiəyə soxulmuş düşməni məhv ediblər.

Havanın işıqlanması ilə ehtiyatda olan bir neçə tabor və bölük taktiki qrupları döyüşə salınaraq raket-artilleriya və aviasiya bölmələrinin atəş dəstəyi ilə hücumu dərinliyə doğru inkişaf etdirib, itirilmiş vəziyyəti əlverişli hədlər üzrə bərpa ediblər.

Təlimin yekunu keçirilən zaman bildirilib ki, yaranmış vəziyyəti düzgün qiymətləndirən qərargahlar müasir döyüşün planlaşdırılması, aparılması və idarə edilməsində müsbət nəticələr göstərib, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr gündüz və gecə şəraitində tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>