Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib" | SON XƏBƏR | SON XƏBƏR

Nazir: “Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib”

"Mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470 000-ə çatıb".

"Report"un xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, hazırda 1 hakim hər ay orta hesabla 100-dən çox işə baxır: "Təbii ki, belə ağır iş yükü müddətlərə və keyfiyyətə mənfi təsir göstərir".

F.Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>