Ötən ay dünya ən isti oktyabr ayını yaşayıb | SON XƏBƏR | SON XƏBƏR

Ötən ay dünya ən isti oktyabr ayını yaşayıb

oten-ay-dunya-en-isti-oktyabr-ayini-yashayib
Ötən ay qlobal olaraq, indiyədək qeydə alınmış ən isti oktyabr ayı olub. Məlumatı Avropa Birliyinin peyk izləmə xidməti açıqlayıb.

Temperatur 1981-2010-cu illər arasında, 19 il müddətində görünən göstəricilərdən 0,69 selsi dərəcə yüksək olub və 2015-ci ildəki rekordu da üstələyib.

“Copernicus” İqlim Dəyişikliyi Xidməti bildirib ki, temperatur sənayə yüksəlişi dövründən əvvəlki dövrlə müqayisədə artıq 1,2 selsi dərəcə yüksəkdir.

Oktyabr ayının xüsusilə Avropa, ABŞ, Norveç, İsveçin arktik bölgələrində isti keçdiyi qeydə alınıb.

“Zərərli qazların havaya buraxılması və qlobal olaraq isti havaların artması gələcəkdə rekord mənfi nəticələrə səbəb olacaq”,-deyə “Copernicus”un rəhbəri Jean-Noel Tepaut bildirib.

İqlim dəyişikliyinin dəhşətli nəticələri ilə bağlı BMT-nin hökumətlərarası paneli də öz proqnozlarını açıqlamışdı.

Alimlərin fikrincə, bu gedişlə 2100-cü ilədək temperatur daha 5,8 selsi dərəcə yüksələcək.

Oreqon Dövlət Universitetinin professoru Uilyam Ripl 40 ildən çoxdur ki, bu yöndə danışıqların aparıldığını, lakin hələ də böhranın aradan qaldırılmasının mümkünsüzlüyünü təəssüflə vurğulayıb və qeyd edib ki, qlobal iqlim dəyişikliyi alimlərin belə gözləmədiyi sürətlə irəliləməkdədir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>