Qazaxa yeni DYP rəisi təyin olunub | SON XƏBƏR | SON XƏBƏR

Qazaxa yeni DYP rəisi təyin olunub

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>